Bu gün Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) daha bir təyyarəsi ilə Tacikistanın paytaxtı Düşənbə şəhərinə koronavirusa qarşı 40 min “AstraZeneca” peyvəndi çatdırıb.
Bu barədə AzerTimes-a AZAL-dan məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq həmçinin Bosniya və Herseqovinaya 40 min peyvənd çatdırılmışdır.