Biz artıq səfirliklərimizin sayını da artırmalıyıq. Hər bir halda vaxt gəlib çatıb ki, yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxaq.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları komitələri ilə birgə iclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Prezidentin çıxışında qeyd etdiyi kimi, başqa ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsinə xüsusi diqqət yetirək. Azərbaycandan kənarda yaşayan 40 milyona yaxın azərbaycanlının hüquqlarının müdafiəsinə diqqəti artırmalıyıq. Bu da növbəti vəsaitlər tələb edir. Bunu daha yüksək səviyyədə büdcədə görmək bizim hamımızın arzusudur”, – komitə sədri qeyd edib.