40-dan çox ölkə Ukraynaya dəstək oldu

40-dan çox ölkə Ukraynaya dəstək oldu

Beynəlxalq Ədalət Məhkəməsində Ukraynanın Rusiyaya qarşı qaldırdığı iddianı 40-dan çox ölkə dəstəkləyib.

AzerTimes xəbər verir ki, bu barədə ölkələr birgə bəyanat imzalayıb.

Bəyanatı imzalayanlar Ukraynanın 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya uyğun olaraq məhkəmədə Rusiyaya qarşı cinayət işinin açılmasını dəstəkləyib. İddianın əsas məqsədi isə Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparmaq üçün heç bir hüquqi əsasının olmadığını sübut etməkdir.

Qeyd edək ki, bəyanatı imzalayan 40 ölkə arasında Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Malta, Marşal adaları, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Palau, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya, ABŞ və s. var.

Teqlər: