Xəbər - Samir Əli – Trend:
Son dövrlər ölkədə rəqəmsal hökumətə keçid həyata keçirilir və ədliyyə sahəsi də bu prosesdən geri qalmır. Bu gün 24 dövlət qurumunun 40-dan çox informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib.
AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
“Ay ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir. Onu da qeyd edim ki, inteqrasiyaların böyük əksəriyyəti Elektron Hökumət və “ASSN Bridge” platformaları üzərindən təmin edilib”, – deyə idarə rəisi bildirib.