4 yaşlı Raul Aslanlı leykozdan (qan xərçəngi) əziyyət çəkir.
AzerTimes xəbər verir ki, bu barədə onun anası Əsli Aslanova məlumat verib.
O bildirib ki, azyaşlının xəstəliyi bu ilin oktyabr ayında bəlli olub:
“Hazırda vəziyyəti normaldır. Raul qan xərçəngi xəstələyindən əziyyət çəkir. 1 aya “Liv Bona Dea Hospital”da müalicəsinə 40 min manat pul xərclənib. Hələ ki yolumuz uzundur. Bizə bu yolda həm maddi, həm mənəvi dəstək lazımdır. Uşağımın xəstəliyilə ilə bağlı hazırda “Gaziosmanpaşa Hastanesi”dəyik.
Oğlumun sizin dəstəyinizə ehtiyacı var. O, hələ çox kiçikdir və bu yaşında amansız xəstəliklə mübarizə aparır. İmkanlı şəxsləri bizim mübarizəmizə qoşulmağa çağırıram. O da bütün uşaqlar kimi gəzmək, oynamaq istəyir. Günlərimiz isə xəstəxanada keçir. Heç bir valideynə bu hissləri yaşamağı arzu etmirəm. Onu ölməyə qoymayın”.
Bank hesabı: 5522 0993 6838 5845 (Asli Aslanova)
Əlaqə nömrəsi: 055 561 01 08