Bakıda 4 yaşlı qızı öldürüb quyuya atan şəxsin görüntüsü yayılıb.
AzerTimes İTV-yə istinadən xəbər verir ki, sözügedən hadisənin bəzi detalları məlum olub.
Xatırladaq ki, təqsirləndirilən şəxsin hadisə yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.
Ətraflı videosüjetdən izləmək olar: