Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilə töhmət verilib.
Bu barədə AzerTimes-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.