Xəbər - İlhamə İsabalayeva – Trend:
“Yeyinti məhsulları haqqında” qanununa əsasən 9 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 59 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
“FİTO LAB” MMC |
İstehsal |
Sahibkar fəaliyyət göstərmir. |
2 |
Mehtiyeva Təzəgül Yusub qızı |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 |
Abbasov Elgün Valeh oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 |
Abbasov Elgün Valeh oğlu |
Pərakəndə satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.