ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın hərbi departamentlərinin nümayəndələri Ukraynaya dəstəklə bağlı iclas keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən bildirilib.
NATO müdafiə nazirlərinin görüşü ərəfəsində nümayəndə heyətlərinin başçıları alyans üçün təhlükəsizlik problemlərinin geniş spektrini müzakirə ediblər. Onlar birliyin vacib olduğunu bildirib və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək verəcəkləri barədə razılaşıblar.
Bundan əlavə, tərəflər Yaxın Şərq, Afrika və Hind-Sakit okean regionunda vəziyyəti müzakirə ediblər.