4 minə yaxın şəxsə vaksin vurulub, onların 169-u yaşı 40-dan yuxarı olanlardır – Baş həkimin müavini

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bu günə kimi poliklinikamız tərəfindən 4 minə yaxın şəxsə koronavirusa qarşı peyvənd vurulub.

Bu barədə AzerTimes-a Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, 40 yaşdan yuxarı şəxslərin də vaksinasiyası aparılır:

“Vaksinasiya prosesi strategiyaya uyğun olaraq davam etdirilir. Ötən həftədən 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start verildi və bu günə kimi həmin yaş qrupundan 169 şəxsə peyvənd vurulub. Ümumən isə poliklinikamızda 4 minə yaxın şəxsə peyvənd vurulub. Onlar arasında təqribən 500-ə yaxın şəxs ikinci doza vaksinasiya olunub”.

Baş həkimin müavini qeyd edib ki, vaksin vurulan şəxslərin səhhətində heç bir mənfi hal qeydə alınmayıb.

Teqlər: