Xəbər - Samir Əli – Trend:
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, bu günün rəqəmi isə 4002-dir.
Belə ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində respublika ərazisində fəaliyyət göstərən istintaq qurumları tərəfindən istintaqı yekunlaşdırılmış 4002 cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.