19-20 sentyabr antiterror tədbirləri 4 min kv.km-lik ərazidə Azərbaycanın suverenliyini bərpa etdi.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, bir günlük antiterror tədbirləri Vətən müharibəsinin davamı idi:
“Bu mənada 20 sentyabrın Bütövlük Günü kimi qeyd edilməsi təklif edilir. Azərbaycan dövləti 30 il Qarabağda hərbi cinayət törədənlər üçün özü “Haaqa tribunalı” təşkil edir. Amma buna baxmayaraq, bu gün Azərbaycana qarşı etnik təmizləmə və digər məsələlərdə absurd iddialar səslənir. Afrikada acından ölən insanların taleyindən yazmalı olan beynəlxalq media bu gün Qarabağdan çıxan ermənilər haqda dəridən-qabıqdan çıxmamalıdır”.