4 milyard bu sahəyə gedir: halbuki maaşa əlavə olunardı

4 milyard bu sahəyə gedir: halbuki maaşa əlavə olunardı

Bizi Cənubi Qafqazın başqa dövlətləri ilə müqayisə edirlər. Ancaq Azərbaycan heç bir Cənubi Qafqaz ölkəsi ilə müqayisə edilə bilməz.

AzerTimes xəbər verir ki, bunun büdcə müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycan Şərqi Avropa, Avropa ölkələri ilə müqayisə oluna bilər:

“Büdcə layihəsinin müzakirəsində sevindiricidir ki, hər il artımlar olur. Azərbaycanı Cənubi Qafqaz ölkələri ilə müqayisə edirlər. Məsələn bu gün Bolqarıstan minatəmizləməyə pul ayırmır.

Azərbaycanın özündən asılı olmadan düşdüyü elə vəziyyət var ki, məcburdur onlara vəsait ayırsın.

4 milyard işğaldan azad olunan ərazilər üçün ayrılıb. 30 ildə məscidlər , məktəblər, xəstəxanalar dağıdılıb. Əgər belə olmasaydı, bu vəsait müəllimin, həkimin maaşına əlavə edilərdi. İnsanlara bunları da demək lazımdır”.

Teqlər: