Qazaxın 4 kəndinin təhvil verilməsindən sonra Kirants və Berkaber kəndləri üç tərəfdən mühasirəyə düşəcək.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, bu barədə iranşünas Vardan Voskanyan öz Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, nəzarətə götürüləcək ərazilərdə Berkaberi təhdid edən və Coğazi su anbarından (Coğazçay su anbarı – red.) yenidən tam istifadəni mümkünsüz edən iki döyüş mövqeyi olacaq.