4 kəndin taleyi artıq həll edilib – Şarmazanov

4 kəndin taleyi artıq həll edilib – Şarmazanov

Ermənistan hakimiyyətinin imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, reallığa boyun əymək müqaviləsidir. Hazırkı erməni hakimiyyəti Bakı və Ankaranın yazdığı hər şeyi imzalayacaq. Bu, ikinci kapitulyasiya, Ermənistanın türkləşdirilməsi proqramı olacaq.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının keçmiş vitse-spikeri və katibi Eduard Şarmazanov deyib.

“Ermənistan hakimiyyətinin bu günə qədər Bakının tələblərinə yox dediyini xatırlamıram. Bakı “artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, Paşinyan bu tələbi məmnuniyyətlə yerinə yetirdi. Azərbaycan anklavları tələb edir, Ermənistan hakimiyyəti artıq bu məsələnin mövcudluğunu tanıyır. Üstəlik, Ermənistanın yüksək rütbəli məmurlarından biri qeyd edib ki, 4 kənd üzrə artıq bütün məsələlər öz həllini tapıb”, – o bildirib.

Şarmazanov qeyd edib ki, Ermənistanı təmsil edən şəxslərin imzalamağa hazır olduqları sənədin məzmunu barədə ümumiyyətlə heç bir təsəvvürləri yoxdur:

“​Bakı və Ankaranın yazdıqlarına imza atacaqlar. Paşinyan tələblərdən hər hansı birinə mənfi cavab versə, Azərbaycan “müharibəyə” başlayacaq”.

Teqlər: