4 güləşçimiz dünya çempionatının yarımfinalına çıxıb

Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürür.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Nurəddin Novruzov startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb.

Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib.


Cəbrayıl Hacıyev 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan Hacıyev yarımfinala adlayıb.

Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Teqlər: