4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirməsi valideynlərin təşəbbüsü ola bilər.
AzerTimes xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, agentlik məktəblərə belə tapşırıq verməyib:
“4-cü siniflərin “Son zəng” keçirməsi valideynlərin təşəbbüsü ola bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.