4 bankın əmlakı satışa çıxarıldı

4 bankın əmlakı satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, ləğv prosesində olan ”Royalbank” ASC-nin balansında olan qeyri yaşayış binası, həmçinin ləğv prosesində olan ”Royal Bank” ASC-nin balansında olan avtomobili, Ləğv prosesində olan ”Gəncəbank” ASC-nin balansında olan qeyri yaşayış binasını, eyni zamanda ləğv prosesində olan ”Atra Bank” ASC-nin balansında olan 7 ədəd bankomatı hərrac yolu ilə satışa çıxarılıb.