39 yaşlı qadını fotoları ilə şantaj etdi, saxlanıldı

39 yaşlı qadını fotoları ilə şantaj etdi, saxlanıldı

Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub. Təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib.

Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb.

Həmin şəxs polis tərəfindən saxlanılıb.

Teqlər: