39 pandemiya xəstəxanası fəaliyyətini dayandırıb

Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam
etdirir.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bütün növ resursların optimallaşdırılması və
səmərəli tətbiqi məqsədi ilə coğrafi yerləşmələri nəzərə alınmaqla
növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN
Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi,
Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb
müəssisəsi kimi fəaliyyəti dayandırılıb.

Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam
edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVİD xəstələrinin
müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil
edilir. Hazırda 46 pandemiya tibb müəssisəsindən 7- i fəaliyyətini
davam etdirir.

Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi – Yeni Klinika,
Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb
müəssisəsi – Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür
Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi – Masallı
Rayon Mərkəzi Xəstəxanası fəaliyyətini qismən davam etdirir.

Teqlər: