“AzProduct” markalı “Xəzər kilkəsi” dondurulmuş balıq çeşidinin üzərindəki “39.03.2022” qeydi məhsulun istehsal tarixidir. Fotoya diqqət etdikdə bu, aydın görünür. Paketin üzərində məhsulun 4 ay yararlılıq müddətinin olduğu da yazılıb. 30 rəqəmi əvəzinə 39 rəqəminin qeyd edilməsi isə firmanın çap xətasıdır.
Bu barədə AzerTimes-a “Bazar store” marketlər şəbəkəsindən “Xəzər kilkəsi” adlı balıq məhsulunun etibarlılıq müddətinin “39 mart 2022-ci il” kimi göstərilməsi haqda bildirilib.
Marketlər şəbəkəsindən qeyd edilib ki, artıq firmaya lazımi xəbərdarlıq edilib:
“Mağazalar yoxlanacaq və “39.03.2022” çap xətalı məhsullar satışdan çıxarılacaq”.