39 il komada qalan futbolçu ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransalı keçmiş futbolçu Jan-Pyer Adams 39 il komada qaldıqdan sonra 74 yaşında vəfat edib.

AzerTimes-ın məlumatına görə, futbolçu 1982-ci ildə əməliyyat zamanı komaya düşmüşdü. Buna səbəb kimi həkim səhvi göstərilirdi.


J-P.Adams 1970-ci illərdə Fransa milli komandasının heyətində 22 oyun keçirib. O, PSJ, “Nitsa” və “Nim” klublarında çıxış edib və iki dəfə Fransa çempionatının gümüş medallarını qazanıb.

Teqlər: