Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə A.Səlimov “Asan Radio”ya özü məlumat verib.
Onunla eyni partiyadan olan deputatlardan birinin fəaliyyəti dayandırıldığı üçün həmyerlimiz partiya siyahısından seçilərək, onu əvəzləyib.
Qeyd edək ki, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.
A.Səlimov həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisidir.
Xatırladaq ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.