38 tibbi yardım şöbəsi bir mərkəzdə birləşdirildi – TƏBİB

38 tibbi yardım şöbəsi bir mərkəzdə birləşdirildi – TƏBİB

Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi prosesi başa çatıb.

AzerTimes xəbər verir ki, bunu qurumun İcraçı direktorunun müşaviri Elşad Məmmədli TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə deyib.

E.Məmmədli qeyd edib ki, hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində restrukturlaşdırma işləri həyata keçirilir:

“Artıq tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsi və təhvil-təslim prosesi başa çatıb”.

Teqlər: