37 tondan artıq yararsız məhsul məhv edilib

Xəbər - Çingiz Səfərli – Trend:

İstifadə müddəti bitmiş 37 tondan artıq qida məhsulu məhv edilib.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.


Məlumata görə, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş ümumi çəkisi 37.32 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Teqlər: