Xəbər - İlhamə İsabalayeva – Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 421 ictimai iaşə obyekində 684 monitorinq keçirib.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, monitorinqlər zamanı 37 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, ev 144 ünvanında yerləşən, fiziki şəxs Qalota Oleq İqoreviçə məxsus “Tesla” çay evi;
2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev.2 m ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus “Quzu Təndir” restoranı;
3. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 140 ünvanında yerləşən, fiziki şəxs Abbasov Akif Elşən oğluna məxsus kafe;
4. Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları ünvanında yerləşən, fiziki şəxs Ağayev Rüfət Rüstəm oğluna məxsus “Xaşaxuna” çay evi;
5. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani, ev 1 ünvanında yerləşən, hüquqi şəxs “GFC“ MMC-yə məxsus ”KFC” kafesi;
6. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Ceyhun Rauf oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani, ev 14 ünvanında yerləşən, fiziki şəxs Ağayeva Tahirə Şirvanəli qızına məxsus “Şərbət” kafesi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev.31 ünvanında yerləşən, fiziki şəxs Slojenitsina Viktoriya Aleksandrovnaya məxsus “Bliss” restoranı;
9. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev, 86A ünvanında yerləşən, fiziki şəxs Əliyev Talıb Rəfail oğluna məxsus kafe;
10. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB yaşayiş massivində yerləşən, fiziki şəxs Rzayev Əhməd Mirməmməd oğluna məxsus kafe;
11. Bakı şəhəri, Səbail rayonu, A. Abbaszadə küç., ev 1126 ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Anar Xanlar oğluna məxsus ”Panorama” restoranı;
12. Bakı şəhəri, Səbail rayonu, M. Lermontov küç., ev 123 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Rüfət Əzim oğluna məxsus “7 Gözəl” restoranı;
13. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 75 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elçin Kərim oğluna məxsus “33 kafe Gürcü” restoranı;
14. Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, fiziki şəxs Əlizadə Xaqani Namiq oğluna məxsus “Köz” dönər evi;
15. Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən, fiziki şəxs Absəlimov Vüsal Elşad oğluna məxsus “Lider” dönər evi;
16. Sumqayıt şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Özdemir Bünyaminə məxsus “Ateş” kafesi;
17. Bakı şəhəri, Səbail rayonu, Neftçiler küç. 81 ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Rəşid Elxan oğluna məxsus “Continent” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
18. Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən, fiziki şəxs Abadov Vidadi Vaqif oğluna məxsus çay evi;
19. Bərdə rayonu, İsmət Qayıbov küçəsində yerləşən, fiziki şəxs Haqverdiyev Sadiq Aydın oğluna məxsus çay evi;
20. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Aslanov İlhami Misir oğluna məxsus kafe;
21. Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən, fiziki şəxs Məmmədov Pərviz Zakir oğluna məxsus kafe;
22. Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən, fiziki şəxs Hümbətov Pərviz Mətləb oğluna məxsus kafe;
23. Gəncə şəhəri, Kəpəz rayonu, Ş. Hüseynov, Bina 11 arxasında yerləşən, fiziki şəxs İsmayılov Yasin Bakir oğluna məxsus çay evi;
24. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti İlə İ. Məmmədov kəsişməsində yerləşən, fiziki şəxs Qaraşov Qismət Pənah oğluna məxsus dönər evi;
25. Qəbələ rayonu, A. Səhət küçəsi 31 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sənan Qəhrəman oğluna məxsus kafe;
26. Şəki şəhəri, Biləcik kəndində yerləşən, fiziki şəxs Abdullayev Razi Hacı oğluna məxsus kafe;
27. Şəki şəhəri, Biləcik kəndində yerləşən, fiziki şəxs Mustafayev Nəbi Mustafa oğluna məxsus kafe;
28. Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Rəhimli Nurlan Daşqın oğluna məxsus kafe;
29. Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Agüloğlu Orhan Sedat oğluna məxsus yeməkxana;
30. Masallı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Musayev Röyal Rəcəb oğluna məxsus kafe;
31. Qusar rayonu, Qusar rayonu Səfixanov küçəsində yerləşən, fiziki şəxs Qəribov Edik Əzizoviçə məxsus kafe;
32. Ağsu rayonu, M. Ə. Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Rüstəmova Şövkət Ağayar qızına məxsus kafe;
33. İsmayıllı rayonu, Yeniyol kəndində yerləşən, fiziki şəxs Məhərrəmov Bəhruz İntizam oğluna məxsus kafe;
34. Göyçay rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əzizov Anar Fikrət oğluna məxsus kafe;
35. Göyçay rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Atakişi Xaqani oğluna məxsus restoran;
36. Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Aşurov Etibar İttifaq oğluna məxsus kafe;
37.Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən, fiziki şəxs Şıxəliyev Ələsgər Arzuman oğluna məxsus “Ələsgər” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.