Bir neçə gündən sonra əsrin dəhşətli soyqırımı olan Xocalının anım günüdür. Bu insanlığa sığmayan vəhşilik aktının icra edilməsində ermənilərlə yanaşı, o dövrdə pul ilə vicdan və şərəflərini satan rus zabitlərinin də rolu çox böyükdür.
Siyahıda olan ilk canilərdən biri 366-cı alaya rəhbərlik edən polkovnik Zaviqarov Yuri Yureviçdir. 1992-ci ilin 24 fevralında Xankəndidə əsgərləri qarşısında çıxış edən polkovnik 25-i gecəyə planlaşdıran hücumdan öncə deyib:
“Sabahkı davamız dini savaşdır. Biz xristianları islamdan xilas etməliyik, ona görə bacardıqca daha çox türk-müsəlman öldürün”.
Xocalı soyqırımından sonra 366-cı alayda xidmət edən xüsusi şöbəsinin (№02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Romanoviç Savelyev yazır:
“Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 azərbaycanlı meydanlara yığılıb güllələndi”.
23-cü diviziyanın komandiri general-mayor Boris Budeykin polkovnik Zaviqarova nağd 36 min dolları məhz həmin gecədə törətdikləri vəhşilik aktlarına görə təqdim etdiyini təsdiq edib.
Bu cinayətkar ermənilərdən üst-üstə 500 min dollara qədər mükafat alıb.
Haşiyə: Biz bu adamı neçə il öncə tapdıq, Fransadan və Azərbaycandan olan dostlar pul topladılar, mənə verdilər. Bu adamın yaxın dairəsinə çıxdım. Müsahibə verməyə razı salacaqlarını mənə vəd etdilər. Bizim ordakı adamlar bu canini nəzarətdə saxlayırdılar və özü də bunu bildiyi üçün danışacağına söz vermişdi. Ancaq peşəkar bir jurnalistlə danışacağını tələb etdi. Biz də pulu bir “jurnalistə” (rəhmətə gedib deyə, adını yazmıram) verdik, daha doğrusu, o məni inandırdı ki, mütləq gedəcək və müsahibəni alacaq. “Elmlər”də görüşdük və pulu ona verdim. Ünvan, telefon nömrələri və qalacağı yeri də dedim. Ancaq bu jurnalist pulu basdı yedi və getmədi. Bizim Rusiyadakı adamlara da cinayətkar da xəbər göndərdi ki, siz qeyri-ciddi adamlarsız və sonra nömrələrini dəyişdi. Biz o zaman böyük şansı o “jurnalist” sayəsində əldən çıxardıq.
İndi də ünvanı bizdə var.
Pskov şəhəri, Kiseleva küçəsi-27 (ПСКОВ Г., КИСЕЛЕВА д. 27).
Telefon nömrələri:
Mobil : +79113592954
Ev (+7 8112) 44-60-00
ZarvigorovUU@alfastrah.ru
“Ecolıke” məhdud məsuliyyətli cəmiyyəti təsis edib 11 noyabr 2022-ci ildə. Şirkətin ünvanı: 180000, Pskov vilayəti, Pskov, Sovetskaya küç., 51, bina. 12,13,14,16.
Fəaliyyət növü: Geyim istisna olmaqla, hazır toxuculuq məhsullarının istehsalı (OKVED kodu 13.92)
Şirkətin əlaqə nömrəsi: +7 911 359-29-54
Elektron poçt ünvanı: uuuzar55@mail.ru
Bizdə hazırda bu caninin digər cinayətkar Ponomaryovla yazışmalarının surəti də var. Orda onlar azərbaycanlılardan uzaq durmağı bir-birinə və digərlərinə məsləhət görürlər. Bu şəxs barədə kifayət qədər məlumat ola-ola, niyə Rusiya onu bizə təhvil vermir? Qeyd edim ki, bu cani və digərlərinin törətdikləri əməllər Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmin şəxslər barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışların həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.
Rusiya bizə bu cinayətkarı və qatili verməyə məcburdur. Verməyəcək, ilahi ədalət özü tapacaq bunu!