35 ildə 2 tarixi hədəfimizə çatdıq: bəs, indi nə istəyirik?

35 ildə 2 tarixi hədəfimizə çatdıq: bəs, indi nə istəyirik?

Son 35 ildə məmləkətin iki hədəfi var idi – Allaha min şükür, bu hədəflərə çatmışıq. İlk hədəf müstəqilliyimizin bərpası idi, buna millət olaraq nail ola bildik. İkinci hədəfimiz torpaqlarımızn işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası idi – şəhidlərimizin qanı, qazilərimizin əməyi, Ali Baş Komandanın düzgün siyasəti, xalqımızın birliyi bu hədəfə çatmağımızda əsas rol oynadı. Yəni müstəqilliyimizi də, suverenliyimizi də xalqımızın 99%-i istəyirdi deyə, millət olaraq bu hədəflərə nail olduq.

AzerTimes xəbər verir ki, bu sözləri REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli qeyd edib.

“Yaxşı, indi nə istəyirik? Xalq, toplum, dövlət olaraq hədəfimiz nədir?! Hədəfi, məramı, məqsədi aydın olmayan dövlət həmişə təhlükələrlə üzləşir – bunu anlayıb cəmiyyətdə bu məsələlərlə bağlı ciddi diskurs açmaq lazımdır”, – o bildirib.

Teqlər: