Xəbər - Elçin Mehdiyev – Trend:
Ötən il 271 adda 342 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verilib.
Bildirilib ki, hesabat ili ərzində ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan agentliyə 349 adda 1300 ədəd dini təyinatlı ədəbiyyat daxil olub ki, aparılan araşdırma nəticəsində dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik prinsipini təbliğ edən 271 adda 342 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb.