34 il məhkumluq həyatı yaşayan şəxs yenə oğurluğa görə saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı otlaq sahəsindən mal-qara oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, polisə müraciət edən 7 nəfər şəxs onlara məxsus ümumilikdə 11 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də oğurluğa görə 34 il məhkumluq həyatı yaşayan Ağdam rayon sakini Bəhmən Məhərrəmov saxlanılıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı heyvanları Bərdə rayonundakı mal-heyvan bazarında satdığını bildirib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: