“3+3” regional platformasının növbəti – üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
“Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq”, – Fidan Ankarada iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib.