“3+3” formatının yaradılması imkanları müzakirə olunur – Lavrov

Xəbər - Elnur Bağışov – Trend:

Bölgədə “3+3” formatının yaradılması imkanları müzakirə olunur.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən mətbuat konfransında deyib.

S.Lavrovun sözlərinə görə, bu formatda Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə təmsil olunacaqlar.

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün Rusiya xarici işlər nazirinin dəvəti ilə Rusiyaya səfər edib.

Teqlər: