Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni təşəbbüs – “3+3” formatını irəli sürüb. Bu təşəbbüsün reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.
Baş nazir bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq, həmçinin turizim sahəsində əlaqələrin inkişafına ciddi təkan verəcək.