Biz hesab edirik ki, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ermənistan və İranın iştirakı ilə 3+3 formatının işə salınması üzrə planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Biz o fikirdəyik ki, 3+3 formatı regionun bütün dövlətlərinin maraqlarına cavab verir” – deyə M.Zaxarova bildirib.
(Tərcümə: Orxan Nəbiyev)