“3+3” formatında növbəti görüşün Türkiyədə keçirilməsi planlaşdırılır – Çavuşoğlu

Böyük Millət Məclisində Ermənistanla birbaşa əlaqə saxlamaq üçün xüsusi nümayəndə təyin edəcəyini deyilmişdi. Ermənistan da öz xüsusi nümayəndəsini təyin edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bəzi aviaşirkətlərin uçuş tələbləri olub və biz onlardan bəzilərini qarşılayacağıq. Biz bunlar barədə məsləhətləşdik.

Biz Azərbaycanla, xüsusən də Cənubi Qafqazda bir yerdə məsləhətləşir, birlikdə qərarlar qəbul edirik”, – deyə nazir qeyd edib.

Nazir bildirib ki, Moskvada nazir müavinləri səviyyəsində “3+3” formatında görüş keçirilib. Gürcüstan iştirak etmədi, lakin biz növbəti görüşü Türkiyədə keçirməyi planlaşdırırıq və inanırıq ki, Gürcüstan da həmin görüşdə iştirak edəcək.

Teqlər: