Ermənistan “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televizyaya müsahibəsində deyib.
“Vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, – o vurğulayıb.
Qeyd edək ki, “3+3” formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.