Xəbər - Humay Ağacanova – Trend:
31 ölkədən olan iş adamları Azərbaycanda işgüzar görüşlər keçirəcək.
Trend-in məlumatına görə, bunu İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, dünən Türkdilli dövlətlərin Prezidentləri önəmli tarixi bir əməkdaşlığa imza atdılar.
“Bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm bir mövzuya toxundular. Qeyd etdilər ki, bizlər iki dövlətin yaxınlaşması üçün imzalarımızı atdıq, lakin bundan sonra ticarəti inkişaf etdirmək lazımdır. İqtisadi inkişafı birlikdə yaratmalıyıq. Biz də bu sözlərdən üç gün sonra 1000-dən çox iş adamı ilə bu verilən hədəfi yerinə yetirmək üçün hərəkətə keçdik. Bu səbəbdən eyni millətə mənsub Azərbaycan və Türkiyə xalqlarının iqtisadi inkişafı üçün çox önəmli bir addım atırıq”, – deyə o bildirib.
E.Yarar həmçinin qeyd edib ki, sadəcə Türkiyənin 43 şəhərindən yox, dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirərək burada iş adamlarımız və KOBİA ilə əməkdaşlıqla çox mühüm razılaşmalar görüşlər edəcəyik.
“Bir tərəfdən gələn dostlarımıza asiyanın incisi Azərbaycanı tanıtmağa çalışacağıq. Digər tərəfdən forumdan əlavə təktəbətək görüşlərlə birlikdə invesitiya imkanları araşdırılacaq. Bu səbəbdən bazar ertəsi olacaq görüş iki ölkə üçün tarixi bir hadisəsdir. Dünən baş tutan Zirvə Görüşündə edilən razılaşmalar kimi bu razılaşmalar da iqtisadi inkişaf üçün çox mühüm təməl olacaqdır”, – deyə o vurğulayıb.