31 oktyabr 2020 – hava proqnozu: Buludlu, dumanlı hava olacaq

31 oktyabr 2020 – hava proqnozu: Buludlu, dumanlı hava olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 31 oktyabr Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-25, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz əsasən Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.