30 yaşlı gözətçinin meyiti işlədiyi zavodda tapıldı

30 yaşlı gözətçinin meyiti işlədiyi zavodda tapıldı

Lənkəranda zavodda 30 yaşlı gözətçinin meyiti aşkarlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayon ərazisində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Lənkəran rayonu Kosalar kənd sakini, 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodun ərazisində ölüb.

Onun meyiti səhər iş yerinə gələn şəxslər tərəfindən aşkarlanıb.

Hadisə yerinin ilkin müayinəsi və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti müşahidə olunmayıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: