Xəbər - Çingiz Səfərli – Trend:
30 tona yaxın istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 29,624.3 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.