30 və daha çox adamdan ibarət qrup Tiflisdə seçki məntəqələrinə gedib, insanları döyür.
AzerTimes xəbər verir ki, bunu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.
Mdinaradzenin sözlərinə görə, bunlar müxalifət partiyalarına yaxın adamlardır:
“Son saat yarım ərzində 30 və bəlkə də daha çox adamdan ibarət qrup İsanidə hərəkət edir, kimliyindən asılı olmayaraq, oradakı insanlara fiziki güc tətbiq edirlər ki, iğtişaş görüntüsü yaransın”.
O bildirib ki, iğtişaşlar müxalifət telekanallarının nümayəndələri həmin şəxslərin yerləşdiyi yerə gələndə başlayır.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.