30 ili necə yaşamışıq, onu Allah bilir – Gündüz İsmayılov

30 ili necə yaşamışıq, onu Allah bilir – Gündüz İsmayılov

30 il müddətində öz evimizi görmədən, öz evimizdə olmadan necə yaşamışıq, onu bir Allah bilir. İnşallah, bundan sonra o yaşamadığımız, həsrətini çəkdiyimiz evimizdə gözəl günlər keçirəcəyik.

Bu sözləri AzerTimes-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov işğaldan azad olunmuş Zabuxdakı evi haqda danışarkən deyib.

“Çox önəmli bir gündür. Buna görə şəhidlərimizə, qazilərimizə, ordumuza və müzəffər Ali Baş Komandanımıza borcluyuq. Laçın, Zabux və Sus sakinləri cənab Prezidentə müraciət ediblər. Hər kəs tez bir zamanda öz yurduna dönəcəyi günü səbirsizliklə gözləyir. Biz əminik ki, qısa bir müddətdə bu baş verəcək! Hər kəs öz doğma yurduna qayıtmaq arzusunu qısa zamanda gerçəkləşdirəcək”, – İsmayılov deyib.

Qeyd edək ki, Gündüz İsmayılov Zabux kəndindəki evlərinin dağılmadığını bildirib və fotosunu paylaşıb.

Teqlər: