30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, münaqişə başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı fəaliyyətə başlayıb.
“Təkcə bu il dövlət büdcəsindən 1,3 milyard vəsait ayrılıb. Nəqliyyat infrastrukturu tikilir, işğal zamanı Ermənistan tərəfindən dağıdılmış mədəniyyət və dini obyektlər bərpa olunur”, – Bayramov bildirib.
O vurğulayıb ki, bu ərazilərdə işğalın bütün izləri aradan qaldırılır və normal həyata qayıtmaq üçün tədbirlər görülür.