30 ildən sonra məni buna məcbur edən şəxs… – Seyran Səxavət

30 ildən sonra məni buna məcbur edən şəxs… – Seyran Səxavət

Seçkilərdə səsimi kimə verərəm, özüm bilərəm. Amma sizə bunu deyim ki, düz otuz ildir, seçkilərə getmirəm. Çünki məni buna heç nə sövq etmirdi.

Bu sözləri AzerTimes-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət 7 fevral prezident seçkisində iştirakı ilə bağlı deyib.

“Bilirsiz, bütövlük, suverenlik, torpaqların azadlığı çox yaxşı şeydir, gözəl hissdir. Hazırda Mərdəkanda yaşayıram, dünən zəng vurdum, hansı məntəqədə səs verməli olduğumu öyrəndim. 30 ildən sonra ilk dəfə, həm də ürəklə seçkiyə gedəcəm və məni seçkiyə getməyə yaxşı mənada məcbur edən namizədə səsimi verəcəm”, – Seyran Səxavət bildirib.

Tanınmış şair Rüstəm Behrudi də səs verəcəyi şəxsin adını açıqlamaqdan imtina edib:

“Seçki gizli keçirilir, ona görə ad açıqlamayacağam. Həmişə seçkilərdə iştirak etmişəm, ağlım kəsən namizədə də səsimi vermişəm. Baxmayaraq ki, hazırda xəstəyəm, səhhətim evdən çıxmağa maneə törədir, amma 7 fevralda mütləq seçkiyə gedəcəm, Azərbaycanın taleyini kimə tapşırmaq olarsa, məhz o namizədə də səsimi verəcəm”.

Teqlər: