Rusiyalı tanınmış hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko İrəvanın Rusiya Dumasının deputatı Konstantin Zatulinə Ermənistana giriş qadağası qoyulmasına reaksiya verib.
AzerTimes xəbər verir ki, İ.Korotçenko yazıb:
“30 il erməni maraqlarına xidmət etmək – sonra pişik kimi zibil qabına atılmaq…”
Qeyd edək ki, Zatulin cəmi üç gün sonra, oktyabrın 28-də yaratdığı “Lazarev klub”u İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirəcək “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda toplantı keçirməyi planlaşdırırdı. Ancaq o, İrəvandan məktub alıb və onun səfərinin arzulanmaz olduğu bildirilib.