Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində monitorinqləri davam etdirir.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində çalışmanın yaş həddinə çatmış 30 müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.
Qeyd olunub ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.