Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.