Aprelin 30-da Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında,
Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II
hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik,
Sabirabad, Xaçmaz (II
hissə) rayonlarında, Şəki şəhərində, mayın 1-də isə Bakı
şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa,
Kürdəmir, Qəbələ, Quba (II
hissə), Masallı (II
hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində,
eləcə də xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri,
cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında
yerləşən məktəb) və tədrisi ingilis, fransız dillərində aparılan
məktəblərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi
(9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları
keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, buraxılış
imtahanında iştirak edəcək şagirdlər
https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə
etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil
müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini
çap edə bilərlər.
Şagirdlər iş nömrəsini
buradan öyrənə bilərlər.
Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan
iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər.
Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird
tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim
edilməlidir.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader
proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən
qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli
olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi
tərəfindən verilməli olan
arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
– Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda
(şəhərdə) imtahan verirlər.
– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan
şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və
rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.