30-a yaxın ölkə bu və ya digər formada BRİKS-ə qoşulmağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ümumilikdə, Rusiya BRİKS çərçivəsində üç əsas sahədə tərəfdaşlıq əməkdaşlığının bütün spektrini inkişaf etdirmək üçün səylərini davam etdirəcək: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr”, – Putin bildirib.