Ukrayna ordusu bu gün Donetsk vilayəti və cənub istiqamətində 3 yaşayış məntəqəsini azad edib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.
“Donetsk vilayətində böyükm irəliləyiş edərək yaşayış məntəqəsini azad edən 103-cü ərazi müdafiəsi briqadasının 63-cü taboruna təşəkkür edirəm. 54-cü briqada da Lisiçansk-Seversk istiqamətində irəli gedərək mühüm yüksəkliyi ələ keçiriblər”, – Zelenski bildirib.
Onun sözlərinə görə, 42-ci əlahiddə motoatıcı tabor cənub istiqamətində iki yaşayış məntəqəsini azad edib.